![Generalın yerinə o təyin olundu](https://olke.az/photo/770x415/2023/07/11/1689058300_dsx-6.jpg)
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.
Qeyd edək ki, Məmmədov Əyyub Vəli oğlu 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb.