“Qarabağ” gerilədi, “Neftçi” irəlilədi

“Qarabağ” gerilədi, “Neftçi” irəlilədi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinqini açıqlayıb.

Qurumun rəsmi saytı xəbər verir ki, siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” və “Neftçi” var.
Ağdam klubu ötən ayla müqayisədə 4 pillə geriləyib və 138,5 xalla 71-ci sıradadır.

“Neftçi” isə 21 xal irəliləyərək 287-ci pilləyə qalxıb. Bakılıların hesabında 67 xal var.

Cədvələ 313 xalla “Real” başçılıq edir.

Oxşar xəbərlər