Baba Rzayev: Tarixi Qayıdışdan başlanan yol Azərbaycana möhtəşəm uğurlar qazandırır

Baba Rzayev: Tarixi Qayıdışdan başlanan yol Azərbaycana möhtəşəm uğurlar qazandırır 'Azərenerji''-nin yeni prezidenti Baba Rzayev nə istəyirlər?!

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

'Azərenerji''-nin yeni prezidenti Baba Rzayev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Qanuninfo.az-ın əməkdaşlarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: 'Azərenerji''-nin yeni prezidenti Baba Rzayev ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

'Azərenerji''-nin yeni prezidenti Baba Rzayev - Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycanın bu günü ilə müstəqilliyimizin bərpasının ilk illərini müqayisə etdikdə hər bir ölkənin inkişafında Lider amilinin rolunu görürük. Müstəqilliyimizin bərpasının ilk illəri hakimiyyətsizlik dövrü kimi xarakterizə edilir. Azərbaycan müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Ölkədə xaos, anarxiya hökm sürür, digər tərəfdən isə torpaqlarımız işğal edilirdi. Belə bir çətin dövrdə Ümummilli Lider Heydər Əliyev xaqının səsinə səs verdi. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın əsası oldu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” söyləyən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, iqtisadi inkişafın təmin edilməsi üçün imkanlar yaradıldı. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Dövlət başçısı İlham Əliyev bildirir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Dövlət başçısının təkmil islahatları, yeniliyə əsaslanan siyasəti Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirir. Bu gün qalib Azərbaycanın uğurlarından, yaratdığı reallıqlardan bəhs edirik. Bu tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir. Tarixi Qayıdışdan başlanan yol Azərbaycana möhtəşəm uğurlar qazandırır.

Oxşar xəbərlər