Hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri su ehtiyatlarından optimal və səmərəli istifadəsi ilə bağlı olan məsələdir.
Bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin illik hesabatının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə su ehtiyatlarından səmərəli istifadə ilə əlaqədar olaraq 2020-ci ildən etibarən xüsusi komissiya yaradılıb: “Yaradılan komissiya davamlı olaraq ölkədəki su ehtiyatlarının monitorinqini həyata keçirir və dəyərləndirməni həyata keçirir”.
Baş nazir əlavə edib ki, su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində addımlar atılır: “Cari ilin əvvəlindən Azərbaycanın su anbarlarındakı su ehtiyatı 12,5 mlrd kubmetr təşkil edir ki, bu da ötən illə müqayisədə 2 mlrd kubmetr çoxdur.
Sudan səmərəli və qənaətlə istifadə edilməsi istiqamətində ciddi işlər görülməkdədir”, - baş nazir qeyd edib.