ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılmasına sadiqdir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycanın Qarabağ bölgəsində baş vermiş hərbi insidentə münasibət bildirərkən deyib.
Ned Prays irəliyə aparan yeganə yolun dialoq və diplomatiya olduğunu vurğulayıb.
Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistanda hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəf itki verib.