Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.
Bir çox şəxlər də var ki, bu işi özünə Vətən borcu kimi bilir və Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edirlər. Onlardan biri də Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyevdir.
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyevin diqqətindədir.
“Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir.
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev - Ermənilərin havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirməsi faktdır. 1988-ci ildən keçmiş Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni şovinistlərinin “böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyasını reallaşdırmaq cəhdi azərbaycanlılar yaşayan kənd, qəsəbə və rayonların viran qoyulması, çoxlu sayda günahsız insanların ölümü, ömürlük şikəst edilməsi, bir milyondan artıq soydaşımızın öz tarixi və əzəli torpaqlarından didərgin salınması ilə nəticələndi. XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin vandal aktlarındandır. XX əsrin sonunda ermənilərin törətdikləri bu faciə bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində sükut dəqiqəsi elan edilib. Bu mühüm addım faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz əhəmiyyətli rolunu oynayır.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Xocalı soyqırımından 31 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının Xocalı yarası sağalmayıb və heç vaxt sağalmayacaq. Erməni faşistləri və onların havadarları aylarla mühasirədə saxladıqları Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yerlə-yeksan etdilər. Şəhərin dinc əhalisinə amansızlıqla divan tutuldu. 613 nəfər öldürüldü, 1275 nəfər əsir və girov götürüldü. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi.
Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Bütün dövrlərdə səsləndirilən çağırışlarımız sırasında tariximizin öyrənilməsi, faciələrimizin unudulmaması əsas yer tutur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, bu faciə bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Azərbaycan informasiya cəbhəsində mübarizəsini bu gün də uğurla davam etdirir. Erməni vəhşilikləri ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılır. Bu günlərdə keçirilən 59-cu Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tarix dərsi də deyilənlərin təsdiqidir. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır.