Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevilə yanaşı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Əvvəlcə onu qeyd etmək istərdik ki, bu formatda görüş ilk dəfədir təşkil olunurdu. II Qarabağ savaşının Azərbaycanın iradəsi ilə onun xeyrinə həll olunmasından sonra bu formatda görüşün təşkili təbii ki, tarixi əhəmiyyət daşıyır. Dövlətimizin maraqlarını hər bir platformada qətiyyətlə qoruyan Cənab Prezident İlham Əliyev bu forumda da öz tutarlı şərhləri və çıxışı ilə Azərbaycan həqiqətlərini bir daha Avropanın diqqətinə çatdırdı.
Aydın məsələdir ki, 28 il davam edən danışıqlar bir nəticə verməyib. Əgər Azərbaycan bu problemi döyüş meydanında həll etməsəydi əlbəttə ki, proses uzanacaqdı. Təbii ki, bu vəziyyət Ermənistanı və onun havadarlarını qane edirdi. Lakin Azərbaycan heç vaxt bu vəziyyətlə barışa bilməzdi. Cənab Prezidentin də dediyi kimi : “ Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Və biz qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdik”. Bunu qətiyyətlə demək olar ki, fevralın 18-də keçirilən Münxen Təhlükəsizlik Konfransı artıq Avropada ölkəmizə yanaşmanı da dəyişəcək. Hər zaman münaqişənin tənzimlənməsində ölkəmizə qarşı ikili standartlardan çıxış edən dövlətlər artıq həqiqəti istəməsələr belə qəbul etməli olacaqlar. Hal hazırkı siyasi situasiyada Azərbaycan uğurlu xarici siyasətlə elə bir vəziyyət yaradıb ki, ölkəmizlə əməkdaşlıq Avropada hər bir ölkənin marağındadır. Ən azından Rusiya-Ukrayna müharibəsi prizmasından yanaşdıqda Avropadakı enerji böhranı ortadadır. Azərbaycan isə enerji resursları ilə çox vacib tərəfdaşa çevrilib. Şübhəsizdir ki, İlham Əliyevin apardığı məqsədyönlü və qətiyyətli xarici siyasət ölkəmizlə bağlı bütün problemlerin dövlətimizin mənafelərinə uyğun həll olunmasının qarantıdır.
Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev