“Barışıq üçün tanı” Beynəlxalq Koalisiyanın bəyanatı fevralın 27-də öz işinə başlayacaq BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasının sənədi kimi yayılıb.
Bəyanatda qeyd olunur:
“Ədalət və sülh birlikdə addımlamalıdır. Yalnız bu, münaqişələrin həllinə, müharibə cinayətlərinin və beynəlxalq hüququn kütləvi şəkildə pozulmasının nəticələrinin aradan qaldırılmasına təkan verir. Yalnız bu, gələcək sülh üçün möhkəm təməlin açarıdır.
Bunu bir vaxtlar 6000 nəfərdən çox əhalisi olan Xocalıda törədilən qətliamın faciəli ildönümü ərəfəsində xatırlamaq vacibdir. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri şəhəri ələ keçirərək 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı vəhşicəsinə qətlə yetirmiş, 487 nəfəri ağır yaralamışdır.
AİHM-in 22 aprel 2010-cu il tarixli qərarında Xocalı qətliamına görə məsuliyyət daşıyan şəxslərin davranışı “müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə səbəb ola biləcək xüsusi ağırlıqlı hərəkətlər” kimi səciyyələndirilir. Eyni zamanda, 17 ölkənin milli qanunvericilik orqanları, o cümlədən bir sıra beynəlxalq təşkilatlar Xocalıda dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsini insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirirlər.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanda əvvəlki korrupsioner administrasiyanın irsindən imtina prosesi ölkənin keçmiş rəhbərlərinin birbaşa iştirak etdiyi cinayət olan Xocalı faciəsi məsələsinə yanaşmaya təsir göstərməyib”.
Qeyd edək ki, koalisiya İtaliya, Fransa, Macarıstan və Danimarkadan olan bir sıra insan haqları təşkilatları tərəfindən yaradılıb. Buraya Srebrenitsa Anaları Təşkilatının prezidenti və ATƏT-in dini azlıqlar üzrə keçmiş məruzəçisi kimi insan hüquqlarının müdafiəsi sahəsində tanınmış ictimai xadimlər də daxildir. Koalisiya 2022-ci ilin martında İtaliya Senatında keçirilən keçid dövrünün ədliyyəsi məsələləri üzrə konfrans zamanı yaradılıb.
Koalisiya Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti arasında keçmiş münaqişənin kollektiv psixoloji travmasının aradan qaldırılmasına yönəlmiş dialoqu təşviq etmək niyyətində olduğunu bəyan edib.