Anar Qalayev: Sabunçu rayonunda növbəti iməclik keçirilib

Anar Qalayev: Sabunçu rayonunda növbəti iməclik keçirilib
[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-01/1674467424_326062452_1154910808544884_5659868945016856275_n.jpg[/medium]



Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Anar Qalayev - 21.01.2023-cü il tarixdə Sabunçu rayon ərazisində Rayon İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin təşkilatçılığı ilə iməclik keçirilmişdir.
Keçirilən iməclik zamanı ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənmiş, ətraf ərazidə abadlıq-təmizlik işləri aparılmışdır.
Diqqətinizə çatdırmaq istəyirik ki, Sabunçu rayonunda hər həftənin şənbə günləri genişmiqyaslı iməcliklər keçirilir.



Bakı şəhərinə yağan qardan sonra rayonun kommunal və digər qurumları tərəfindən Sabunçu rayon ərazisində təmizliklə bağlı daxili iməclik və geniş dezinfeksiya tədbirləri keçirilib. Qar yağmış ərazilərdəki prospekt, küçə və yollar xüsusi təyinatlı avtonəqliyyat vasitələri və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib.
İlk növbədə əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub, qarşısı təmizlənib. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. Həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara müraciət edilərək özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılması istiqamətində müvafiq tədbirlər görülüb.
Gün ərzində keçirilən iməclik rayonun bütün qəsəbələrində təşkil edilib və rayonun təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.


Oxşar xəbərlər