Vasif Talıbov və oğlu Dubaydakı mülklərini satıblar

Vasif Talıbov və oğlu Dubaydakı mülklərini satıblar Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Dubaydakı mülkləri də əlindən alınıb.

Unikal.az xəbər verir ki, Vasif Talıbov oğlu Seymur Talıbovla birlikdə 2022-ci ilin oktyabr ayının əvvəlində Dubaya səfər edib. Onlar təxminən 10 gün orada qalıblar.

Talıbovlar Dubayda qaldıqları müddətdə oradakı əmlaklarını və şirkətlərini satıblar.

Xatırladaq ki, Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkəti də artıq onun əlindən alınıb.

Oxşar xəbərlər