Günün qoroskopu: Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin Qoç - Səhər saatları danışıqlar və privat söhbətlər üçün əlverişli deyil. İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi məsələlərin həllini ertələyin.

Günün ikinci yarısında yeni məlumat və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün əlverişli zamandır.

Axşam saatlarına yaxın xatirələr yada düşəcək. Bir zamanlar sevdiyiniz filmə yenidən baxmaq olar. Sevdiyiniz insanla münasibətləri möhkəmləndirin.

Buğa - Səhər saatlarından etibarən önəmli, vacib məsələlərin həllinə başlayın. Diqqətli olun. Kənar təsirlərə uymayın. Məhsuldar çalışmaq üçün bir işi yarımçıq qoyub başqasına start verməyin. Fəaliyyətinizi ciddi planlaşdırın, addımlarınızı müəyyənləşdirin.

Günün ikinci yarısında həssaslıq və sentimentallıq ifrata çatmasın. Dəstəyə, yaxşı məsləhətə ehtiyacınız var. Qohumlar və dostlarla dil tapmaq olar. Əhvalınızı yaxşılaşdırmaq üçün axşam saatlarında normal əylənin.


Əkizlər - Davranışınız laübəli, təlatümlü olmasın. Kiçik problemlər və maneələr ifrat emosional reaksiyaya rəvac verə bilər. Əhvalınızdan asılı olaraq planlarınızı sürətlə, tez-tez dəyişməyin. Diqqətsizlik sonradan ağır fəsadlara səbəb olacaq addımlara rəvac verməsin.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas, sayıq davranın, həddən artıq tələbkar olmayın. Emosiyalarınızın öhdəsindən gəlin. Anlamlı olun, dəyər verdiyiniz insanların qayğısına qalın.

Xərçəng - Günün ilk yarısı yaxşı xəbərlər və müsbət dəyişikliklər vəd edir. Çoxdan bəri planlaşdırdığınız işi reallaşdıra bilərsiniz. Mövqeyinizi möhkəmləndirin, nüfuzunuzu artırın. Yeni dostlar tapa bilərsiniz.

Fəaliyyət istiqamətində innovasiyalar üçün əlverişli gündür.

Günün ikinci yrısında alış-verişdə diqqətli olsanız, yaxşı nəticələr istisna deyil. Şəxsi münasibətlərdə situasiya pis deyil. Şansı əldən verməyin. Əks cins mənsubunun diqqətini cəlb edə bilərsiniz.

Axşam saatlarını yaxınlarınıza həsr edin.

Şir - Günün ilk yarısında intuisiyanıza inanın, problemlərdən hifz olunmağa çalışın. Ünsiyyətdə insan psixologiyasının təməl motivlərini unutmayın. Asılı olduğunuz insanlarla təmaslarınızı aktivləşdirin. Səbirli olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pis olmayacaq. Stabil münasibətlər arzulayırsınızsa, bəxtə bel bağlamayın, fatumdan asılı olmayın. Axşam saatları romantik hisslər vəd edir.

Qız - Günün ilk yarısında sakit şəraitdə fəaliyyət göstərin. Fiziki hərəkətlərə vaxt ayırın. Ağır işdən çəkinməyin. Yeni işlərə başlamaq olar. Əməkdaşlıqla bağlı müzakirələr aparın.

Günün ikinci yarısında perspektiv hesab etdiyiniz sahəyə və ya layihəyə sərmayə yatırmaq olar. Dəyər verdiyiniz insanın qədrini bilin. Çətin situasiyada dürüst seçim etməyi bacarın. Fikir ayrılıqları olsa da, sizi birləşdirən dəyərlər çoxdur.

Tərəzi - Uğur əldə etmək üçün həlledici amil kənar təsirlərə uymamaqdır. Xoşagəlməz işlərlə məşğul olmaq zərurəti yaranarsa, situasiyanı təhlil edin. İşlər ağır olsa da, onları başa vurmaq lazımdır. Kimsə əvəzinizə işləyən deyil.

Səbirli, soyuqqanlı olun.

Günün ikinci yarısında yaşam arealında qayda yaradın. İş yerində adekvat olun. Axşam saatlarında tənhalığa can atmayın. Dostlar və yaxınlarla istirahət məsləhətdir.

Əqrəb - Günün ilk yarısını vurnuxma olmadan, tələskənliyə yol vermədən keçirin. İrəliləyişə imkan verəcək azsaylı şanslardan yararlanın. Məqsədə doğru aparan yolda yeganə maneə yalnız tənbəlliyiniz ola bilər. İnert, süst, passiv olmayın. Astagəllik etməyin.

Günün ikinci yarısında qəfil gəlir əldə edə bilərsiniz. Uzun müddətdən bəri istifadə etmədiyiniz əşyadan qurtulun. Bu minvalla kiminsə problemlərini həll edə bilərsiniz. Axşam saatları görüş, danışıqlar və müzakirələr üçün əlverişlidir.

Oxatan - Günün ilk yarısında mühüm işə başlamayın. Fəaliyyət sahəsində və şəxsi münasibətlərdə təşəbbüskar olun. İdeyalarınız dəstəklənəcək. Sizə yardım etmək istəyənlər var. Dostlar və tanışlarla normal danışın, emosiyalara qapılmayın.

Günün ikinci yarısında vədlərdən birini reallaşdırmaq gərəkdir. Öhdəlikləri unutmayın. Tanışlarla birgə fəaliyyət sayəsində həllini gözləyən problemi çözmək olar.

Axşam saatlarında internetdən istifadə edərək gərəkli məlumatı tapa bilərsiniz.

Oğlaq - Özünüzü tənha hiss etməyin, bədbinliyə qapılmayın. Münaqişə və ya mübahisələrdən uzaq olmağa çalışın. Əsəblərinizi qoruyun. Planlaşdırılmamış xərclərə yol verməyin.

Günün ikinci yarısı işgüzar fəaliyyət üçün daha əlverişlidir. Ünsiyyət yeni tanışlıqları ehtiva edir. Yaxınlarınızdan mənəvi dəstək istəməkdən çəkinməyin. Onlar sizə yardım edəcəklər.

Axşam saatlarını sakit şəraitdə keçirin.

Dolça - Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin. Müşahidələrdən istifadə edərək problemlərin qeyri-adi həllini tapa bilərsiniz. İşgüzar intuisiyanız iti olsun. Pullarınızı boş işlərə xərcləməyin. Maliyyə vəsaitinizin qədrini bilin.

Uğur qazanmaq üçün novasiyalardan, yeniliklərdən bəhrələnin. Riskdən qorxmayın.

Günün ikinci yarısında yaxınlarınızdan biri problemlə üzləşəcək. Həmin şəxsə yardım edin. Subaysınızsa, aradığınız insanla qarşılaşa bilərsiniz.

Balıqlar - Potensial və imkanlarınızın qədrini bilin. Mənasız işlərlə məşğul olmayın. Bilikləriniz və təcrübənizdən maksimum bəhrələnin. Yaradıcılıq imkanlarının nümayişi üçün əlverişli zamandır. Hadisələrin axarına müdaxilə gərəkdirsə, bunu təxirə salmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə eqoist motivlərə qapılmayın. Sevdiyiniz insanı qısqanmayın. Şübhələr, qısqanclıq pis fəsadlara səbəb ola bilər.

Axşam saatlarında normal istirahət edin.

Oxşar xəbərlər