Türkiyə bütün müharibə boyu Azərbaycana diplomatik dəstək verib

Türkiyə bütün müharibə boyu Azərbaycana diplomatik dəstək verib
2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və sərhəd xəttində mülki yaşayış məntəqələrinə hücumundan sonra Azərbaycan tərəfi əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi, Ermənistanın isə kapitulyasiya ilə sona çatdı. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan hərbçiləri beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəf almışdılar. Ermənistan müharibə zamanı müharibə zonalarından uzaqda olan əhalinin sıx məskunlaşdığı əraziləri hücuma etmiş, sözügedən şəhər və kəndlərdə qadağan olunmuş kasetli silahlar və orta mənzilli raketlər kimi silahlardan istifadə etmişdir.
Xüsusilə, Bərdə və Gəncə şəhərlərinə kasset bombaları və ballistik raket hücumları nəticəsində uşaqlar və qocalar da daxil olmaqla ümumilikdə 100 dinc sakin həlak olub, 416-ya yaxın mülki şəxs yaralanıb, 3000-ə yaxın mülki obyekt dağıdılıb.
Otuz iki ildən sonra Qarabağ məsələsinin hərbi qələbə ilə həllini təmin edən regional amillərdən birincisi və ən güclüsü şübhəsiz ki, Türkiyənin dəstəyidir. Bu Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə imzalanmış Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişinə əsaslanır. Türkiyə bütün müharibə boyu Azərbaycana diplomatik dəstək verib.
Digər mühüm regional faktor isə münaqişə zamanı Rusiyanın passiv siyasəti olub. Rusiyanın Ermənistanda Nikol Paşinyan administrasiyası ilə yaşadığı siyasi problemlər hər kəsə məlumdur. 2018-ci ildə küçələrdən aldığı dəstəklə hakimiyyətə gələn Paşinyan hər zaman qərbyönlü siyasətçi kimi görünüb. Hətta onun siyasi cinayətkar kimi axtarışa verildiyi vaxt ABŞ səfirliyində gizləndiyi barədə iddialar da mövcuddur.
Qələbədən sonra təsirli və qeyd edilməli olan digər regional faktor İranın münaqişələrlə bağlı dilemması və daxili təhlükəsizlik narahatlıqlarının ortaya qoyduğu siyasi zəifliyidir. İranın münaqişə boyu tutduğu mövqeyə nəzər saldıqda görünürdü ki, Cənubi Qafqazda təsirini artırmaqdansa, ilk növbədə İsrailin Azərbaycana dəstəyindən və sərhəd bölgəsindəki münaqişələrin Azərbaycan regionlarına da sirayət edəcəyindən narahatdır. O, Rusiyadan Qarabağ bölgəsinə sərhəddən yardımların çatdırılmasında rol oynasa da, daxili təhlükəsizlik baxımından münaqişənin birbaşa iştirakçısı kimi görünməməyə çalışırdı. Bu baxımdan, İran coğrafi yaxınlığına görə münaqişədən sonrakı geosiyasi tənlikdə iştirak edə bilmədi, daxili təhlükəsizlik narahatlığına görə yüksək səviyyəli danışıqlara başlaya bilmədi və münaqişədə balansı dəyişdirə biləcək siyasət irəli sürə bilmədi.
Ermənistanın məğlub olması və bunu həzm ede bilməyən İranın buraxdığı siyasi səhvlər bu ölkənin təsir gücünün sonu oldu. Böyük ehtimalla Azərbaycanın Türkiyə və İsraildən aldığı modern silahlardan uğurla istifadə etməsi molla rejiminin ürəyincə olmadı. İranın sərgilədiyi ermənipərəst mövqe,Nurduz gömrük keçid məntəqəsindən Rusiya istehsalı silahların düşmən ölkəyə ötürülməsini əks etdirən foto və videolar ciddi rezonansa səbəb oldu.
Özünü müsəlman, İslam dövlətlərinin dostu adlandıran İranın Azərbaycana qarşı mövqeyi heç bir məntiqə əsaslanmır: “Əgər burada söhbət Azərbaycan-Ermənistan arasındakı məsələlərdən gedirsə, İranın bundan narahat olması başadüşülən deyil. İran bu kimi məsələlərdə özünə aid olmayan ərazilərlə bağlı müəyyən iddialar və ittihamlar səsləndirir.
İran-Ermənistan cütlüyünün Azərbaycana qarşı mövqeyinin heç bir perspektivi yoxdur: “Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək. Ermənistan və ona havadarlıq edənlərin, eyni zamanda indiki şəraitdə İranın himayəçi roluna baxmayaraq Azərbaycan öz istəklərinə nail olacaq. Məhz bütün bu məkirli qüvvələrin niyyətinə baxmayaraq tarixi Zəngəzur dəhlizinin açılması da mümkün olacaq. İran kimi ölkələr buna maneə ola bilməyəcək”.Necə deyərlər bir şeirlik canları var. Daxili təlatümlərlə çalxalanan rejimin “Odlar ölkəsi” ilə daha ehtiyatlı davranması məqsədəuyğundur.

Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin
Tarix müəllimi Samiq Abdullayev


Oxşar xəbərlər