Rafael Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

Rafael Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır Son günlər bəzi internet saytlarında Gəncəbasar regional filialının direktoru Rafael Məmmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Rafael Məmmədov NƏ İŞLƏR ÇEVİRİR... - İLGİNC İDDİALAR... başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncəbasar regional filialının direktoru Rafael Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gəncəbasar regional filialının direktoru Rafael Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncəbasar regional filialının direktoru Rafael Məmmədovdur.

Gəncəbasar regional filialının direktoru Rafael Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rafael Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncəbasar regional filialının direktoru Rafael Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Gəncəbasar regional filialının direktoru Rafael Məmmədov - Azərbaycanın Zəfər savaşının əlamətdar günlərini yaşayırıq. Zəngilanda keçirilən tədbirlərə daha xoş ovqat qatan isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Zəngilana gəlişi, Cəbrayıl şəhərində olması idi. "Hər zaman azərbaycanlı qardaşların yanındayıq!" deyən, ən çətin günlərdə Azərbaycana mənəvi dəstək olan, qardaş qayğısı göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə gəlişindən sonra bu yerlərdə başqa ab-hava yaşanır. Elə bu günlərdə olduğu kimi, hər iki dövlət başçısının iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, "Dost Aqropark" "ağıllı kənd təsərrüfatı" kompleksinin birinci mərhələsinin açılışı oldu, Qumlaq Dəmiryol Stansiyasının, habelə Azərbaycan-Türkiyə Meşə Təlim Mərkəzi, "Ağıllı Tinglik" və "Dostluq Meşəsi" Kompleksinin təməli qoyuldu, ictimaiyyət nümayəndələri ilə görüşlər könülləri oxşadı. Bütün bunlar nəinki vaxtilə bu yerlərdən qaçqın-köçkün düşmüş insanların, bütövlükdə bütün Azərbaycansevərlərin qəlbində xoş duyğular oyatdı.

Yeri gəlmişkən, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə bu gün yeni həyat, yeni nəfəs qayıdır. Belə ki, Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerləyeksan edilən hər bir yaşayış məntəqəmizdə hazırda abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyev ardıcıl olaraq azad olunmuş ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə şəxsən tanış olur. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına növbəti səfər zamanı bir sıra yeni obyektlərin təməlini qoyub, Böyük qayıdışın başladığı Zəngilanın Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinləri ilə görüşüblər. Dövlət başçısı deyib ki, burada həyat qaynayacaq: "Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər".

Vətən müharibəsinin qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra "ağıllı kənd" layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. Sakinlər yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı mühüm hadisələrdən biri də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu, işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində inşa edilən ikinci aeroportdur. Zəngilan Beynəlxalq Hava Limanının ilk ali qonağının qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın olması xalqımızda yüksək məmnunluq doğurdu. Səfər sonu Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev demişdir: "Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik".

Yeri gəlmişkən, vurğulamaq yerinə düşər ki, işğaldan azad olunan ərazilərimizdə iki ildən az müddətdə ikinci beynəlxalq hava limanı istifadəyə verildi. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan, həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir. Qeyd etməliyik ki, Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə edilməklə yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından çox əhəmiyyətlidir.

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib: "Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilir".

Xatırladaq ki, nəinki Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Şuşada, ümumiyyətlə, erməni vandallığına məruz qalmış, erməni işğalından azad edilmiş bütün ərazilərdə çox vacib layihələr həyata keçirilir. Əsas məqsəd soydaşlarımızın öz ata-baba yurdlarına tezliklə qayıtmasıdır. Həm Qarabağ iqtisadi zonasında, həm də Şərqi Zəngəzur iqtisadi zonasında böyük işlərin görülməsinin şahidi oluruq. Xüsusilə, hava limanlarının tikintisi, yolların çəkilməsi, yeni infrastrukturun yaradılması regiona böyük töhfələr verəcək. Digər tərəfdən həm Cəbrayıl, həm Qubadlı, bütövlükdə Şərqi Zəngəzur İqtisadi Zonası geniş iqtisadi potensiala malikdir. Orada kənd təsərrüfatı, turizm, eləcə də sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Əlbəttə, infrastrukturların bərpası, yolların çəkilməsi görülən işlərin daha səmərəli olmasına kömək edir. Ən əsası, bütün bu görülən işlər ölkə iqtisadiyyatına və insanların sosial həyat şəraitinin daha da yaxşılaşmasına öz təsirini göstərəcəkdir.


Oxşar xəbərlər