
Ərdoğan jurnalistlərin Makronun Türk Birliyinin toplantısına qatılıb-qatılmayacağı ilə bağlı sualına cavab olaraq bunları deyib:
“Gələcək. Elə dedi. Dedi ki, hansı mövsümdə gəlim. Sonda dedi ki, G20-dən sonra gəlsəm necə olar? Dedik ki, gəl. Amma onu da dedik ki, gələndə də xanımınla bərabər gəl. Bir zarafat da etdik... Xanımlarımız bir-biri ilə daha yaxşı anlaşır, amma biz səninlə anlaşa bilmirik”.