Sentyabrın 1-i Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.Əvvəlcə dövlət başçısı səfirliyin həyətində ağac əkib.Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.