Qoşqar Zeynalov - Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının tarixi, qəhrəmanlıq ənənələri ilə, şərəfli, mürəkkəb, bəzən də faciəli hadisələrlə zəngindir. Azərbaycan tarixinin şərəfli və ən faciəli mərhələlərindən biri də 1918-1920-ci illərdir. Bu illər Azərbaycan xalqının müstəqillik zirvəsinə qalxdığı və yenidən müstəmləkə qarmağına düşdüyü dövrdür.
Zaqafqaziya Seymi buraxıldıqdan sonra onun Azərbaycan fraksiyası 1918-ci il may ayının 27-də M.Ə.Rəsulzadə başda olmaqla Müvəqqəti Milli Şura yaratdı. Milli Şura mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini elan edən “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Bəyannamə, tariximizə, Azərbaycanın dövlət müstəqilliyini elan edən sənəd və Azərbaycan Demokratik Respublikasının bütün fəaliyyətinin hüquqi əsaslarını özündə təsbit edən Konstitusiya aktı kimi daxil olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət- 23 ay yaşayıb, fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan tarixində qızıl hərflərlə yazılmış zəngin dövlətçilik ənənələri yaratmışdır.
Bütün ziddiyyətlərə və çətinliklərə baxmayaraq Azərbaycan Demokratik Respublikasının dövlət atributlarını yaratmaq istiqamətində ciddi addımlar atmışdır: türk dilini dövlət dili elan etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin milli dəyərlərimizə arxalanan üç rəngli dövlət bayrağını, dövlət himnini qəbul etmiş, dövlət gerbini hazırlamış, daxili və xarici işlər orqanlarını təşkil etmiş və 40 minlik mütəşəkkil ordu yaratmışdı.
ADR hökuməti çevik siyasi fəaliyyət ilə müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində məqsədyönlü addımlar atmış, onu parçalanmaq təhlükəsindən xilas etmişdi. O, Bakının, Lənkaran qəzasının, Yuxarı Qarabağın, Zəngəzurun xeyli hissəsinin Azərbaycandan ayrılmasına imkan verməmiş, Naxçıvanın Azərbaycan Cümhuriyyətinə inzibati mənsubiyyətini təmin etmişdi.
ADR çox qısa tarixi zaman müddətində müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı üçün ciddi tədbirlər həyata keçirmiş, vətəndaş həmrəyliyi cəmiyyəti yaratmışdır. Ölkənin iqtisadi və maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün tədbirlər görmüşdür.
Maarif və mədəniyyət sahəsində ciddi tədbirlər həyata keçirilmiş, təhsilin ana dilində aparılmasına başlanmış, məktəblərdə rus tarixi əvəzinə ümümtürk tarixi tədris edilmiş, pedaqoji kurslar təşkil edilmişdi. Müxtəlif regionlarda 10 pedaqoji məktəbi, 8 seminariyası açılmışdı. Ali təhsil almaq üçün xaricə 100 nəfər azərbaycanlı gənc göndərilmişdir.
ADR qardaş Türkiyə ilə münasibətləri indiki kimi möhkəm dostluq prinsipləri əsasında qurulmuşdu. Məhz ADR-in uğurlu diplomatiyası və hərbi tədbirləri sayəsində bu dövrdə ermənilərin “Böyük Ermənistan” iddialarının dəf edilməsinə nail olunmuşdur. Ən önəmli uğurlarından biri də Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olması idi. Artıq 1919-cu ilin axırı üçün Azərbaycan Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqə yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti bütün xalqın milli müstəqillik əzmini təmsil edən M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.İ.Xoyski, N.Y.Yusifbəyli, H.M.Ağayev, M.C.Hacınski, M.H.Cəfərov, X,Xasməmmədov və başqaları kimi yüksək intellektual potensiala malik milli ruhlu şəxsiyyətlərin fəaliyyəti sayəsində dünya birliyi tərəfindən tanınmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti, dövlətçilik tariximizdə Azərbaycan xalqının milli istiqlal şüurunun, müstəqilliyin məna və mahiyyətini dərk etməkdə təsiredici rol oynayıb. Azərbaycanın milli istiqlal banilərindən biri olan M.Ə.Rəsulzadə vaxtıilə Stalinin “bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?” sualına cavabında demişdi: “Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq”.
Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman dünyasının və böyük Turan məkanında ilk Demokratik Xalq Cümhuriyyəti idi.
1920–ci ildə bölgədə yaranmış mürəkkəb siyasi vəziyyət gənc Azərbaycan demokratiyasının süqutu ilə nəticələndi. Lakin 70 illik sovet əsarəti dövründə belə ölməyən istiqlal arzusu nəhayət ki, XX əsrin sonlarında yenidən çin oldu. Özünü ADR –in siyasi varisi elan gənc Azərbaycan dövləti öz sələfinin yolu ilə addımlamağa başladı. 1993 – cü ildə müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda isə Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasi uzaqgörənliyi 1920–ci ilin aprelinin yenidən təkrarlanmasına mane oldu. Onun rəhbərliyi ilə gənc dövlətimiz Azərbaycan Demokratik Respublikasının qarşısına qoyduğu, lakin həyata keçirə bilmədiyi məqsədləri qətiyyətlə həyata keçirməyə başladı. Cümhuriyyətin uğrunda mübarizə apardığı bir amal məhz Heydər Əliyev qətiyyətinin nəticəsində öz layiqli təzahürünü tapdı.
Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi strategiya Azərbaycanın müstəqilliyini möhkəm əsaslar üzərində qurulmasını təmin edir və ölkə iqtisadiyyatının sürətli inkişafını şərtləndirir.
Xalqımızın özünü xoşbəxt saymağa haqqı var. Çünki onun doğma vətəni Azərbaycan azad və müstəqildir, dövlətçiliyi isə daim möhkəm, etibarlı əllərdədir.
Bu gün ADR qurucularının ruhu şaddır. Xəyallarında tutduqları müstəqil, möhtəşəm Azərbaycanı dünyaya tanıdan, onların ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzularını reallaşdıran Prezident, Ali Baş Komandan İlham Əliyev var. Onun rəhbərliyi ilə 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşmuş, ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır.
Onun əməli fəaliyyəti və Heydər Əliyev ideyalarının gerçəkləşməsi sayəsində Şərqin ilk demokratik dövləti olan Azərbaycan bundan sonra da daha xoş və firavan günlərə sahib çıxacaq, xalqımız əmin-amanlıq və dinc quruculuq şəraitində yaşayacaqdır.
Dövlət müstəqilliyi ən böyük tarixi nailiyyətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran ən mühüm vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”.
Babalarımızın qoyub getdiyi milli sərvətləri, gerçəklikləri gələcək nəsillərə çatdırmaq kimi məsuliyyətli və şərəfli tarixi vəzifəni öz çiyinlərinə götürmüş xalqımızın indiki nəsillərinə bu ali məqsədə nail olmaq, 28 May müstəqillik ideyalarını əbədi yaşatmaq yolunda sarsılmaz birlik, əzmkarlıq, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.