
"Yanğın dördmərtəbəli inzibati binanın ikinci mərtəbəsində baş verib.
Tezliklə yanğın yuxarı üç mərtəbəni bürüyüb, dam qismən dağılıb.
Binadakılar evakuasiya olunub. Fövqəladə hallar xidmətinin sözçüsü RİA Novosti-yə bildirib ki, son məlumatlara görə, yanğın zamanı 30 nəfər xəsarət alıb, onlardan 6-sı ölüb.
Yanğının söndürülməsinə 240-dan çox yanğınsöndürən, 69 texnika və Mi-8 helikopteri cəlb olunub.

