"Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı təcavüzü yalnız Rusiya qoşunları Ukrayna ərazisində məğlub olanda dayanacaq".
Bu barədə rus sosioloq İqor Eydman öz Facebook səhifəsində yazıb.
"Putinin təcavüzü yalnız o zaman dayanacaq ki, rus qoşunları məğlub olub çaxnaşma içində Ukraynadan qaçacaq", - Eydman qeyd edib.
O, eyni zamanda Rusiya ilə Ukrayna arasında danışıqların uğurla nəticələndiyi və Putinin müəyyən şərtlər daxilində qoşunları geri çəkməyə hazır olduğu barədə məlumatlara gəldikdə isə bildirib ki, buna inanmır: "Putin üçün Ukraynanın fəthi sabit bir ideyadır. O, bu haqda dəfələrlə danışıb və nə qədər ki, hakimiyyətdədir, bundan əl çəkməyəcək".
Eydman həmçinin bildirib ki, Rusiya tərəfinin danışıqlarda irəliləyiş olması barədə səsləndirdiyi fikirlər hiyləgər taktikadır: "Bu əslində, Amerikanın yeni zenit və digər silah tədarüklərini pozmaq üçün taktiki bir hiylədir. "Sülh tezliklə olacaq" fikrində məqsəd Kremlin mövqelərini gücləndirmək üçün vaxt qazanmaqdır".
Ekspert Rusiyanın danışıqlar prosesində aşağı səviyyədə təmsil olunmasını da təsadüfi hesab etmir: "Düşünürəm ki, Putinin nümayəndə heyətinin çox aşağı səviyyədə olması təsadüfi deyil, onun vədlərindən həmişə asanlıqla imtina etmək olar. Hadisələrin sonrakı inkişafı üçün yalnız iki variant ola bilər.
1.Taktiki aldatma: Kreml sadəcə olaraq vaxt qazanmaq üçün müxtəlif variantlara əl atacaqlar. Tezliklə sülhün əldə olunması ümidi ilə Qərb ictimaiyyətini bir az da sakitləşdirmək üçün, “danışıqlarda irəliləyiş” bəhanəsini ortaya atacaqlar. Bu yola Rusiyaya təzyiqlərin artmasının qarşısını almağı planlaşdırırlar.
2. Strateji aldatma: Putin həqiqətən atəşkəsə gedəcək, ancaq daha sonra, özü üçün daha yaxşı vəziyyətdə yenidən zərbə endirmək üçün. Putinin aqressiyası yalnız o zaman dayanacaq ki, rus ordusu məğlub olsun. Bütün aralıq variantlar sonda yeni hərbi gərginliyə gətirib çıxaracaq".