Azərbaycan ərazisi əsrlər boyu mənfur qonşuların əsas hücum hədəfi olmuşdur. Bizim torpaqlarımızda özlərinə dövlət quran ermənilər bununla kifayətlənməmiş yeni ərazilər ələ keçirməyə çalışmışdır. Müstəqil Azərbaycan Respublikasının yaradılması ilə barışa bilməyən Ermənistan hökuməti müharibənin məğzini dəyişdi.
Bu soyqırım birdən-birə planlanmamışdı. Azərbaycanlılar hələ 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər.Ancaq Azərbaycan xalqının milli ruhunu, müqavimət əzmini qıra bilməyən düşmən XX əsrin 90 -cı illərində xalqı mənəvi cəhətdən sarsıtmağa yönəlmiş insanlıqdankənar siyasət-soyqırım həyata keçirməyə başladılar.
1992-ci il fevral ayının 25-26-na keçən gecə xalqımız tariximizin qanlı səhifələrindən olan faciəyə məruz qaldılar. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Ermənilərin ilk öncə Xocalı şəhərini hədəfə almaqda əsas səbəbi Qarabağın dağlıq hissəsində strateji mövqedə yerləşməsi və əhalisinin tamamilə azərbaycanlılardan ibarət olması idi. Nəticədə 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, , 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Xalqımız tarixən çox düşmən görüb ancaq ermənilər kimi xain, hüquqlardan xəbəri olmayan, işğəncəni gücün əsas devizinə çevirən ikinci bir dövləti heç vaxd görməyib. Beynəlxalq aləmdə qəbul olunmuş konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları hüquqa zidd hesab edir, pisləyir və yolverilməz olduğunu bildirirlər.
Ulu Öndər Heydər Əliyev Xocalı faciəsinə hüquqi qiymət verərək bildirmişdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan xalqının əzmi sayəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımızı azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Xocalı şəhidlərinin qisası döyüş meydanında alındı.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə