Xərçəngdən əziyyət çəkən Tünzalə: "Allah möhlət versin, körpəmi böyüdüm" - VİDEO

Xərçəngdən əziyyət çəkən Tünzalə: “Hər kəsə cansağlığı arzulayıram. Allah mənə möhlət versin, körpəmi böyüdüm. Rəbbimdən başqa heç nə istəmirəm. Nə veribsə, qane olmuşam, hər zaman şükür etmişəm”.

Bu sözləri aparıcı Zümrüd Bədəlovanın “Xəbər-ətər” verilişinə qatılan Əməkdar artist Tünzalə Əliyeva deyib.

Xatırladaq ki, hazırda 49 yaşı olan aktrisanın yeganə qızı var. Onun övladı 2016-cı ilin avqustunda dünyaya gəlib. Tünzalə Əliyeva uzun illərdir xərçəng xəstəliyi ilə mübarizə aparır.

O, mütəmadi olaraq kimyaterapiyalarla müalicə olunur.


Oxşar xəbərlər