Bakı polisi hər yerdə bu müəllimi axtarır: 73 nəfəri aldadıb - FOTO

Bakı polisi hər yerdə bu müəllimi axtarır: 73 nəfəri aldadıb - FOTO Azərbaycan polisi külli miqdarda dələduzluqda təqsirli bilinən müəllimi axtarışa verib.

Bakı şəhər Baş Polis İdarəsi xəbər verir ki, Həsənzadə Rahilə Əhməd qızı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur.

Onun saxlanılaraq istintaqa cəlb olunması üçün barəsində axtarış elan olunub.

Qeyd edək ki, bir neçə il əvvəl də R. Həsənzadənin anoloji cinayətlər törətməsi ilə bağlı mediada məlumatlar yayılıb. Belə ki, 73 nəfər şikayətçi o zaman Suraxanı rayonu 104 saylı orta məktəbdə müəllim işləyən R. Həsənovadan polisə şikayət ediblər. Şikayətçilər qeyd ediblər ki, adıçəkilən müəllim onların adına ləğv edilmiş “Dəmirbank”dan nə az, nə çox 200 min manat kredit götürüb.

R.Həsənovanın Türkiyəyə qaçdığı bildirilir.

291519Bakı polisi hər yerdə bu müəllimi axtarır: 73 nəfəri aldadıb - FOTO

Oxşar xəbərlər