Türkiyə Superkubokunun qalibi bəlli oldu

Türkiyə Superkubokunun qalibi bəlli oldu Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici matç ilk dəfə Qətərdə təşkil olunub.

Dohada keçirilən görüşdə “Beşiktaş”la “Antalyaspor” üz-üzə gəlib. 21-ci dəfə Superkubok sınağına çıxan İstanbul klubu favoriti olduğu qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.0

Superkubokun debütantının müqavimətini 33-cü dəqiqədə Atiba Hatçinson qırıb. O, ikinci hissənin bitməsinə 13 dəqiqə qalmış öz qapısına da qol vurub – 1:1.

Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan “Beşiktaş” (4:2) kuboku başı üzərinə qaldırıb.

Bununla da “Beşiktaş” 9-cu dəfə Superkuboka yiyələnib. Sonuncu dəfə bu mükafata 2006-cı ildə sahib çıxan “ağ-qaralar” “Fənərbaxça” və “Trabzonspor”a çatıb. Bu göstəricidə rekord 16 Superkubok qazanan “Qalatasaray”a məxsusdur.

Qeyd edək ki, 1966-cı ildən keçirilən Türkiyə Superkuboku Qətərdəki oyunadək yalnız üç dəfə ölkə xaricində baş tutub. 2006-08-ci illərdə matça Almaniya ev sahibliyi edib.

Oxşar xəbərlər