Azərbaycanda hamıya vurulan bu peyvənd koronavirusdan da qoruyurmuş

Azərbaycanda hamıya vurulan bu peyvənd koronavirusdan da qoruyurmuş Koronavirusun tüğyan etdiyi dövrdə bir çox qərb alimlərində virusun postsovet dövlətlərində geniş yayılmaması ciddi təəccüb və maraq doğurur.

Həqiqətən Rusiya, Ukrayna, Azərbaycan və digər keçmiş sovet ölkələrində koronavirusdan ölüm halları Avropa və ABŞ ilə müqayisədə demək olar yox dərəcədədir.

Saglamolun.az xəbər verir ki, vəziyyəti analiz etdikdən sonra alimlər çox maraqlı nəticəyə gəliblər. Onların fikrinə görə, bunun səbəbi postsovet ölkələr və həmçinin bəzi digər koronavirusdan daha az zərər çəkən (Hindistan və s.) ölkələrdə BSJ peyvəndinin kütləvi şəkildə tətbiq olunmasıdır. Nəzərinizə çatdıraq ki, Azərbaycanda da bütün yenidoğulmuşlara bu peyvənd vurulur. Misal üçün, Avropa ölkələrində və ABŞ-da bu peyvəndin vurulması məcburi deyil.

Hazırda Avstraliya alimləri vərəm əleyhinə vaksinin genişmiqyaslı sınağına başlayır. Vaksin ilk olaraq 4000 tibb işçisinə vurulacaq. Eksperimentin nəticələri yarım ildən sonra məlum olacaq.

Həmçinin BSJ ilə bağlı araşdırmalar Hollandiya, Fransa, İspaniyada və ABŞ-da nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, BSJ-nın koronavirusa təsiri hələ tam sübut olunmayıb.

Oxşar xəbərlər