Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayev barəsində cinayət işi başlanılıb.
APA xəbər verir ki, hər iki polis əməkdaşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) və 232.2.3-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsində “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var.
Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.
Hər iki polis əməkdaşı barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib.
2021-ci ilin aprelində silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.