Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Müharibə bitib, münaqişə öz həllini tapıb. Regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün fəaliyyətlərə başlanılıb.
Aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsidır. Azərbaycanın mövqeyi çox aydındır. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunur. Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmayacaq. Ermənistanın Azərbaycana qarşı absurd ərazi iddiaları hələ də mövcuddur.Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır.Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib. Azərbaycan yalnız tarixi faktlara istinad edib.
Azərbaycan erməni hərbi əsirlərin saxlanılması ilə bağlı “Human Rights Watch”un ittihamlarını rədd edir. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib.
Hərbi əsirlər müharibə zamanı əsir düşmüş şəxslərdir. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu.
Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin
direktoru Yeganə Məhərrəmova