Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Bayan kəndi ərazisində ümumi çəkisi üç ton 117 kiloqram olan 2150 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.