“Caliber”: Erməni siyasətçilər öz müdafiə idarələrinin itkilər barədə məlumatlarına inanmır – VİDEO

“Caliber”: Erməni siyasətçilər öz müdafiə idarələrinin itkilər barədə məlumatlarına inanmır – VİDEO Erməni tərəfi cəbhədəki itkilərini hər cəhdlə gizlətməyə çalışır, bu ölkənin siyasətçiləri isə ölkənin müdafiə idarəsinin yaydığı rəsmi məlumatları da şübhə altına alır.
Bu fikir “Caliber” analitik layihəsinin “YouTube” səhifəsində yayımlanan növbəti süjetdə səsləndirilir və layihənin müəllifləri tərəfindən konkret faktlarla sübut edilir.

“Kapitulyasiya etmiş erməni ordusunun şəxsi heyətinin itkilərinin gizlədilməsi üzrə ixtisaslaşmış Qaqik Şamşyan atıcılarımızın sərrast atəşilə sıradan çıxarılan Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbçiləri Mqer Qriqoryan (1991) və Artyom Akopyanın (1988) ölümünü də növbəti qurma yol nəqliyyat hadisəsi ilə ört-basdır etməyə çalışır. Onun öz resursunda yerləşdirdiyi reliz və fotoda yalnız 3-cü seriya BMW görünür. Qəzanın ikinci tərəfi, hər hansı bir insan və ya heyvan cəsədinin izləri, yaxud da hadisənin səbəbi ola biləcək dirəyin belə təsvirləri yoxdur”, - deyə videomaterialda qeyd olunur.

Daha ətraflı “Caliber”in yeni süjetində:


Oxşar xəbərlər