Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini Hacıağa Muxtar oğlu Əliyev vəzifəsindən azad olunub.
Qaynarinfo məlumatına görə, H.Əliyevin yerinə Nazim Ziyadov təyin edilib.
Qeyd edək ki, Hacıağa Muxtar oğlu Əliyev 2008-ci ildən Prezidentin sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi.