Şəhid ailələri və Qarabağ müharibəsinin qaziləri dövlət dəstəyi ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara bu günə qədər 10 min mənzil verilib, avtomobillərlə təmin olunub. Bu, dövlət siyasətimizin təməlində insan faktorunun birinci yerdə dayanmasının göstəricisidir və bütün bunlarla yanaşı qazilərin məşğulluq məsələləri də öz həllini tapır. Qazilərin məğulluq məsələsinin həll edilməsində həm özəl sahibkarlıq subyektləri yaxından iştirak edir, həm də dövlətimiz bu məsələni qazilərin istəklərinə uyğun həll edir.
Məşğulluq marafonunda iştirak edən 200 sahibkarlıq subyekti tərəfindən 160 nəfəri işlə təmin olunub. Özünəməşğulluq proqramı çərçivəsində şəhid ailələri və qazilər aktivlərlə təmin olunur və müstəqil fəaliyyətlərinin göstərilməsi üçün dövlət imkanları təqdim edilir. Ümumiyyətlə, Azərbaycanda olduğu kimi şəhid ailələri və qaziləri mənzillə və avtomobillərlə təmin edən, sosial problemləri ilə məşğul olan ölkələr çox azdır. Dövlətimiz ölkə ərazisinin bütövlüyü uğrunda fədakarlıq göstərmiş hər bir vətəndaşımızın qayğısına qalır və onun xidmətləri dəyərləndirilir. Qonşu Ermənistanda Qarabağ müharibəsində ölənlərin və yaralanların sayı bizdən 3-4 dəfə çox olmasına baxmayaraq heç bir ailəyə nə mənzil verilib, nə də avtomobillə təmin olunub.
2025-ci ilə qədər bütün şəhid ailələri və qazilər fərdi evlər və ya mənzillərlə təmin olunacaqdır. Bu məsləni ölkə başçımız cənab İlham Əliyev şəxsən nəzarətdə saxlayır. Prezident İlham Əliyev bu gün Xocahəsən qəsəbəsində şəhid ailələrinə və qazilərə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib, mənzillərə və sosial infrastruktura baxış keçirərək tapşırıq və tövsiyyələrini verib. Cənab Prezident bu gün 810 mənzil təqdim edib, ilin sonuna qədər bu rəqəmin 3000-ə çatdırılacağını qeyd edib. Azərbaycan sosial ölkədir və iqtisadi potensialını əsasən insanların rifahına yönəldir.
Əliyev Könül, 75 saylı orta məktəbin ibtidai sinif müəllimi