Xəstəxanada yanğın: 35 nəfər öldü - İraqda (VİDEO)

Xəstəxanada yanğın: 35 nəfər öldü - İraqda (VİDEO) İraqın cənubundakı Əl-Nasiriyah şəhərində koronavirus xəstələri üçün ayrılan otaqlardan birində yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində 35 nəfər həyatını itirib.

Bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, aprel ayında Bağdaddakı xəstəxanalardan birində yanğın nəticəsində 82 nəfər ölüb, 110 nəfər yaralanıb. Yanğının səbəbi oksigen balonunun partlaması olub.

Faciədən sonra Səhiyyə Nazirliyinin rəhbəri və Bağdad valisi vəzifəsindən azad edilib.


Oxşar xəbərlər