Sosial şəbəkələrdə narkotik vasitələr olan “patı”, “şüşə” adlanan psixotrop maddələr satan 9 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 30 kiloqramdan artıq metamfetamin, o cümlədən 4778 ədəd psixotrop tərkibli həb aşkar edilib.
Suraxanı rayonunda əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.
Yasamal rayonunda saxlanılan paytaxt sakini Anar Məmmədovun üzərindən 10 ədəd “Tramadol”, 10 ədəd “Pregabalin”, 9 ədəd “Metadon” həbləri aşkar olunub. Anar Məmmədovun Yasamal rayonunda yerləşən mənzilindən əlavə 680 ədəd “Metadon”, 20 ədəd “Pregabalin”, 80 ədəd “Tramadol”, 40 ədəd əsasən gənclər arasında satılması nəzərdə tutulan “Ekstazi” həbləri, 200 qrama yaxın olduqca təhlükəli psixotrop maddə hesab edilən “Mefedron” və 1 ədəd elektron tərəzi aşkar edilib.
Qeyd edək ki, Anar Məmmədov ifadəsində əsasən sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirdiyini və satdığı psixotrop tərkibli həblərin pulunu onlayn yolla qəbul etdiyini bildirib.
Yasamal rayonunda daha 2 nəfər – paytaxt sakinləri Aleksandr Naqorni və Sərxan Daşdəmirli saxlanılıb. Bu şəxslərin üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 42 qrama yaxın “Metamfetamin”, kimyəvi tərkibli narkotik vasitə olan “Bonzai”, həmçinin 1295 ədəd satışı qadağan olunan “Preqabalin” və “Ekstazi” həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin sosial şəbəkələrə satışı zamanı nağdsız pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar edilib.
Nəsimi rayonunda əvvəllər dəfələrlə məhkum olunmuş Vadim Şəfiyev və Mərahim Şahbazov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 kiloqramdan artıq, o cümlədən 8 kiloqram 90 qram heroin, 2 kiloqram 725 qram tiryək, 1 kiloqram 375 marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib.
Onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən İlqar Bayramov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan 7 qrama yaxın çox təhlükəli narkotik vasitələr qrupuna aid “Kokain”, 117 qram “Bonzai”, 60 qram “Metamfetamin” 1124 ədəd narkotik tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkar edilib.
İlqar Bayramova onlayn yolla narkotik vasitələr satan paytaxt sakini Samir Ağayev də saxlanılıb. Onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 632 ədəd “Ekstazi” həbi, 48 qram “Kokain” və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdikləri məlum olub.
Sabunçu rayonunda saxlanılan Raib Hüseynovun üzərindən və yaşadığı evdən 400 qrama yaxın “Kokain”, “Metamfetamin”, “Bonzai”, “Marixuana”, eləcə də ümumilikdə 878 ədəd “Ekstazi”, “Pregabalin”, “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən və xaricdən idarə olunan səhifələrə qarşı Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən daim xüsusi texniki vasitələrdən istifadə edilməklə əməliyyat tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və onlar polis əməkdaşları tərəfindən ifşa ediləcəklər.