Etibarınız bizə cəsa­rət, sədaqətiniz güc verir! - Qara Abdullayev

Etibarınız bizə cəsa­rət, sədaqətiniz güc verir! - Qara Abdullayev



Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır.
Heydər Əliyev


Polis dövlət idarəçiliyi sisteminin ana xəttini təşkil edir. Çünki qanunun aliliyi təmin edilmədən ictimai asayişi, təhlükəsizliyi qorumaq, sabitliyə, inkişafa nail olmaq mümkün deyil. Təsadüfi deyil ki, “polis” sözü qədim yunan dilindən tərcümədə məhz “dövlət”, “şəhər” mənasını verir. Əgər bu gün Azərbaycan Respublikası regionun sabitlik və inkişaf mərkəzi kimi dünyanın diqqətini cəlb edirsə, böyük dövlətlərin etibarlı tərəfdaşına çevrilirsə, paytaxt Bakı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edirsə, ölkəmizdə əmin-amanlıq hökm sürürsə, deməli, dövlət də, xalq da hədəflərini yaxşı bilir.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayevdir.

Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qara Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Qara Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Qara Abdullayevdən danışdılar yaxşı ki, Qara Abdullayev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisidir… Qara Abdullayev öz isguzarlığı ilə tanınır və seçilir….

Qara Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Qara Abdullayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Qara Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Qara Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Qara Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Qara Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Qara Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Qara Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Qara Abdullayev özünü doğruldub. Bizdə hörmətli Qara Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər