“İlin qaçışı” sosial şəbəkələrdə gülüşlə qarşılandı - VİDEO

“İlin qaçışı” sosial şəbəkələrdə gülüşlə qarşılandı - VİDEO Rusiyada saxlanılan şəxsin polis maşınından qaçması ilə bağlı görüntülər sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

"Bu barədə kadrları “Life Shot” “Telegram” kanalı paylaşıb.

Videoda orta yaşlı birinin işıqforda dayanan polis maşınından ehmalca düşdüyü və əllərini yanına salaraq heç nə olmamış kimi uzaqlaşdığı görünür.

Bir müddət sonra polislər şübhəlinin qaçdığını anlayırlar.

Kadrların sonunda hüquq mühafizəçilərinin həmin şəxsi tutub maşına saldığı görünür.

Görüntülərin Mordoviyanın Saransk şəhərində çəkildiyi vurğulanıb.


Oxşar xəbərlər