Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!

Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Psixonevroloji Uşaq Evində bayram tədbiri keçirilib

Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!


Nərimanov rayonunda yerləşən Psixonevroloji Uşaq Evində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilmiş, Heydər Əliyev Fondu tərəfindən bayram süfrəsi açılmış və uşaqlar üçün hədiyyələr verilmişdir.
Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş və hal-hazırda 1200-ə yaxın uşağın müalicə aldığı Psixonevroloji Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə yenidənqurma işləri aparılaraq əsaslı təmir edilmişdir. 2019-cu ildə isə Uşaq Evi üçün lazımi tibbi və digər avadanlıqlarla təmin edilməklə yeni korpus tikilərək istifadəyə verilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Psixonevroloji Uşaq Evinin həkimlərinin və burada müalicə alan uşaqların iştirak etdiyi tədbirdə uşaqlar əlamətdar gün münasibətilə təbrik edilmiş, sözügedən səhiyyə ocağında müalicə alan uşaqlara peşəkar həkim heyəti tərəfindən göstərilən diqqət və qayğı yüksək qiymətləndirilərək onların müalicəsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindən biridir.
Heydər Əliyev Fondu tərəfindən bütün ölkə ərazisində, o cümlədən Nərimanov rayonunda həyata keçirilən layihələr barədə məlumat verilmişdir. Fond tərəfindən əsaslı təmir olunmuş gözdən əlil uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbi, onun nəzdində musiqi məktəbi, Zərifə Əliyeva adına Uşaq bağçası, Psixonevroloji Uşaq Evinin əsaslı yenidənqurulması və Uşaq Evinin yeni tikilən korpusu, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin açılışları qeyd edilmiş, bütün bunların xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara olan məhəbbət və qayğının bariz təzahürü olduğu bildirilmişdir.
Sonra Psixonevroloji Uşaq Evinin direktoru Kəmalə Talıbova çıxış edərək Uşaq Evinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmiş, Mərkəzin yüksək səviyyədə fəaliyyətinin davam etdirilməsi üçün yaradılan şəraitə görə Uşaq Evində müalicə alan uşaqlar, onların valideynləri və Uşaq Evinin kollektivi adından təşəkkürünü bildirmişdir.
Bayram tədbiri maraqlı və əyləncəli konsert proqramı ilə davam etdirilmişdir.

Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!
Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!


Nərimanov rayonunda “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhid övladları ilə görüş təşkil olunub

Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsində şəhid olan qəhrəmanların övladlarının da iştirakı ilə rayonda yerləşən 64 saylı uşaq bağçasında uşaqlarla görüş təşkil olunub.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun əldə etdiyi tarixi zəfərdən bəhs edilərək şəhidlərin unudulmaz xatirələri dərin ehtiramla yad olunub. O cümlədən dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olduğu, onların xalqımızın qəlbində daima yaşayacaqları vurğulanıb.
Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalarla davam edib. Uşaqlar üçün əyləncəli və interaktiv oyunlar təşkil edilmiş, azyaşlılar arasında vətənpərvərlik mövzusunda şer müsabiqəsi keçirilmişdir.
Eyni zamanda, tədbirdə Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, Nərimanov rayon sakini, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Hüseynov Kamran Bəhman oğlunun övladının ad günü də qeyd olunub.
Şəhid ailələri ilk gündən şəhidlərimizə, onların ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildiriblər. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində yad edilməsi, eyni zamanda bu gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladlarının təbrik edilməsi şəhid ailələrinə və onların övladlarına göstərilən növbəti qayğı kimi qeyd edilib.

Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!
Abdin Fərzəliyev: Dostluğu sarsılmayan Azərbaycan Türkiyə!


Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev - Bu gün bəşəriyyət son dərəcə mürəkkəb tarixi şəraitdə yaşayır. Belə ki, koronavirus pandemiyası başlayandan bəri ölkələrarası vəziyyətdə də bir dəyişiklik hiss olunmaqdadır. Xüsusilə də, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri bir çox dövlətlərin qısqanclığına səbəb olub. Çünki hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır. Hər iki dövlət eyni yolu yaşayır.

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, - kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləridir. Qarşılıqlı bağlar ölkələrimizi həmişə bir-birinə doğma edib. Hazırda qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş "Bir millət, iki dövlət" dostluq və qardaşlıq münasibətləri dövlətimizin başçısı cənab İlham Əliyev tərəfində uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə münasibət bildirərək deyib: "Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk" fikirləri bir daha təsdiqləyir ki, "bir millət, iki dövlət" vəhdətini heç bir kənar qüvvə poza bilməz.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. “Bu gün Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə prezidenti tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsində daim möhkəmlənir və bu istiqamətdə yeni perspektivlər açılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.

Biz inanırıq ki, qədim soy kökünə əsaslanan bu birlik, bu dostluq “Türk birliyi” kimi daim kök salıb yaşayacaq. Türk xalqlarının sarsılmayan dostluğu, əzəməti daim var olacaq.

Oxşar xəbərlər