Nazirlər Kabineti yanında Operativ qərargahın qərarlarına səsasən, pandemiya ilə əlaqədar olaraq həftəsonları, qeyri-iş günü hesab edilən günlərdə, o cümlədən bayram günlərində ictimai nəqliyyət fəaliyyət göstərmir.
28 May Respublika günü qeyri-iş günü hesab olunur və cümə gününə təsadüf etdiyindən avtobusların işləyib-işləməməsi sual doğurub.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirib ki, bu barədə Operativ Qərargah qərar verməlidir.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə “Ölkə.az”a danışarkən hələlik bu barədə məlumatsız olduğunu bildirib.
Operativ Qərargahın Respublika Günündə ictimai nəqliyyatın işləyib-işləməməsi ilə bağlı qərar verəcəyi gözlənilir.