Bakıda 81 yaşlı atasını qətlə yetirməkdə təqsirli bilinən İlyas Mehtiyevin cinayət işi.
“Hadisə Sabunçu rayonunda baş verib. Rayonun Maştağa qəsəbəsində İlyas Mehdiyev ailə münaqişəsi zəminində 81 yaşlı atası İmdad Mehdiyevin üzərinə benzin tökərək, onu yandırıb.
İ. Mehtiyev hadisə yerində dünyasını dəyişib.
Cinayəti törtəməkdə şübhəli bilinən İlyas Mehtiyev polisə könüllü gələrək təslim olub.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlyas Mehtiyev ifadəsində bildirib ki, atasının birinci nigahından 6 uşağı olub. İmdad Mehtiyev birinci arvadından rəsmi qaydada boşandıqdan sonra onun anası ilə evlənib. Onların nigahından isə o və iki bacısı dünyaya gəlib. Atası nə onlara nə də birinci ailəsinə normal həyat yaşatmayıb. Övladlarına heç vaxt dayaq olmayıb və anasına hər zaman əzab verib.
2012-ci ildə İlyas işdə olan zaman atası anasını boğmağa çalışıb. Lakin qadın müqavimət göstərib onun əlindən çıxmağa nail olub. Hadisədən sonra anası qorxduğu üçün gecəni həyətdə keçirib.
Ölkə.az-ın xəbərinə görə, İlyas Mehtiyev bildirib ki, atası təxminən 2 il əvvəl yaşayış sahəsində iki otaqlı ev tikib və həmin vaxtdan orada tək yaşayıb. Aldığı təqaüdü özünə xərcləyib və onlara heç bir maddi köməklik göstərməyib.
Hadisə baş verən günü qonşuluqda yaşayan yeznəsi İlyasa zəng edib evə təcili gəlməsini və atasının yenədə dava-dalaş saldığını bildirib. Gecə saat 1:00 radələrində İlyas atasına məxsus avtomaşınla işlədiyi sexdən çıxıb özü ilə 4 litirlik plastik qabda götürüb. Maştağa qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsindən benzin alaraq evə gəlib:
“Gəldim evə atamın yatdığı otaqın qapısını döydüm açmadı. Qarajdan taxta tapıb ücünə parça bağladım. Dedim öz qaldığın evinə getməsən səni öldürəcəm. Gördüm yenədə qapını açmır. Əlimdəki taxtanı yandırdım. Təpiklə qapını vurub açıb girdim içəri. Əlimdəki qabdan atamın üstünə benzin töküb yanan taxta parçasını da atdım üstünə”.
İlyas Mehyiyev ifadəsinin davamında bildirib ki, atasını alov bürüyüb və ev tüstü ilə dolub. Əsas məqsədi atasını öldürmək olduğu üçün evin yanması onu çox da maraqladrımayıb. Buna görədə benzin dolu plastik qabı da alovun içərisinə tullayıb.
İlyas Mehtiyev bir daha qeyd edib ki, atasını illərlə ona, anasına və bacısına yaşatdığı zülmün ucbatından qısas almaq məqsədi ilə öldürüb.
Məhkəmə prosesi zamanı İlyas Mehtiyev ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmə onun əməlinin CM-nin 120.2-4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.29-cu (köməksiz vəziyyətdə olam adamı qəsdən öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə tövsif olunmasını əsaslı sayıb.
Sonda məhkəmənin hökmü ilə İlyas Mehtiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.