
Bu da bir ildən çoxdur fəaliyyətini tamamilə dayandıran Bakı Beynəlxalq Avtovağzal Kompleksində(BBAK) sərnişindaşıma ilə bağlı qiymətlərin artıb-artmaması məsələsini gündəmə gətirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova “Yol-xeber.az”a bildirib ki, qiymətlər ötən ilin mart ayına qədərki vəziyyətində qalacaq:
“Açılış bütünlüklə tətbiq olunduğu üçün BBAK-dan regionlara məhdudiyyətlərdən əvvəl hansı reyslər mövcud idisə həmin reyslərin hamısı bərpa olunur. Regionların öz arasında da gediş-gəliş də bərpa olunur.
31 maydan BBAK-da qiymətlər dəyişməyəcək. Yenə də Tarif Şurasının müəyyən etdiyi qiymətlər ötən ilin mart ayına qədər hansı formada idisə eyni tariflər keçərli olacaq”.
N.Allahyarova sərnişinləri onlayn bilet almağa çağırıb:
“Sərnişinlərin BBAK-ın avtovagzal.az saytından onlayn şəkildə gedəcəkləri istiqamətdə bilet alma imkanlar var. Çox yaxşı olardı ki, insanlar bu imkanlardan yararlansınlar ki, kassaların önündə növbələr yaranmasın”.