Yeganə qadın şəhidimizin doğulduğu gündür

Yeganə qadın şəhidimizin doğulduğu gündür Bu gün İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür.

“Şəhidin 32-ci doğum gününü ondan yadigar qalan iki övladı, yaxınları və hər kəs onsuz qeyd edir.

1989-cu il təvəllüdlü A.Baxışova dörd yaşında olarkən Çernobıl faciəsində əlil olmuş atası vəfat edib. Pedoqoji kolleci bitirən Arəstə sonradan hərb sahəsini seçib və Beyləqandakı hərbi hissədə çalışıb.

Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışova Vətən müharibəsində yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra yadigar qalan iki övladı - 11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra indi nənələrinin himayəsindədirlər.

Arəstə Baxışova ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.

Yeganə qadın şəhidimizin doğulduğu gündürYeganə qadın şəhidimizin doğulduğu gündürYeganə qadın şəhidimizin doğulduğu gündürYeganə qadın şəhidimizin doğulduğu gündürYeganə qadın şəhidimizin doğulduğu gündürYeganə qadın şəhidimizin doğulduğu gündür

Oxşar xəbərlər