“Mərkəzi Bank qanunsuz və izahedici sənəd olmadan, ancaq tapşırıqla ölkədə dollar satışına mənasız qadağalar, məhdudiyyətlər qoyub. Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir”.
“Ölkə.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaq. Hazırda 12 ay müddəti başa çatmış və buna görə banklara dollar almaq üçün müraciət edən vətəndaşlara bildirilir ki, limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışı mümkün olmayacaq:
“Qadağa ilə yanaşı 1 il müddəti bitən vətəndaşların limitini də sıfırlamayıblar və vətəndaşlar bundan əziyyət çəkir. Belə qadağalar, məhdudiyyətlər normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil, hətta belə qadağaya cəhd edən ölkənin milli valyutası devalvasiyaya uğrayar, investorlar ölkədən qaçar”.
Ekspert bildirib ki, qərar vətəndaşları yan keçməyə sövq edir: “Əgər mənim 11 min 700 dollarlıq limitim dolubsa, qardaşımın, bacımın, qonşumun, dost-tanışımın şəxsiyyət vəsiqəsini götürüb dollar alacam. Bu da mümkün olmazsa, qara bazardan alacam - bu tipli məntiqsiz qərarlar zatən qara bazarı dirçəldir”.
“Belə qərarlarla manatın məzənnəsini saxlamaq cəhdi tam fiaskodur, əksinə, məzənnənin sonra daha sərt oynamasına səbəb olacaq”, - deyə ekspert əlavə edib.