Vaqif Şixəliyevin oğlu vəzifəsindən azad edildi

Vaqif Şixəliyevin oğlu vəzifəsindən azad edildi Daşkəsən rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
"Demokrat.az xəbər verir ki, RİH-nin başçısı Əhəd Abıyevin əmri ilə, hüquq şöbəsinin müdiri Elmar Şıxəliyev vəzifəsindən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, E.Şıxəliyev Sabirabad RİH-nin sabiq başçısı Vaqif Şıxəliyevin oğludur.

Xatırladaq ki, V.Şıxəliyev 1993-cü ildən 1995-ci ilədək Sabirabad rayonunun icra başçısı olub.

Oxşar xəbərlər