Lukoşenkonu öldürmək istədiklərini etiraf etdilər

Lukoşenkonu öldürmək istədiklərini etiraf etdilər Lukaşenkonu öldürməkdə ittiham olunan şəxslər əməllərini etiraf ediblər.

ONT xəbər verir ki, baş verənlərlə bağlı vəkil Yuri Zenkoviç, politoloq Aleksandr Feduta və müxalif “Belarus Xalq Cəbhəsi” partiyasının lideri Qriqori Kostusyev ifadə verib.

Aprel ayının ortalarında prezident A.Lukaşenko özünün və ailə üzvlərinin həyatlarına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu açıqlamışdı. Dövlət başçısı bu işdə ABŞ xüsusi xidmət orqanlarının da iştirak etdiyini bildirmişdi.

Zenkoviç və Feduta Rusiya Federal Təhlükəsizlik Xidmətinin köməyi ilə Moskvada, Kostusyev isə Belarusun özündə həbs olunub.

Onları 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Oxşar xəbərlər