Mart ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfəri bir daha qələbəmizin dəyərini bizə xatırlatdı. Torpaq, o zaman vətən olur ki, onun qayğısına qalasan, əkib-becərəsən, qoruyasan, sahib çıxasan. Torpağı sadəcə zəbt etməklə vətən olmur. İllərlə “həbs olunmuş” , “zindanda çürümüş” vətən torpağı azad olunduqdan sonra gün işığı gördü. Başda möhtərəm Prezidentimiz olmaqla bütün xalqımız bu torpağın yaralarını təmizləyəcək, onu çiçəklənən diyara çevirəcək.
Artıq bu istiqamətdə çox işlər aparılır. İlham Əliyev bu səfəri zamanı Füzuli-Hadrut yolunun təməlini qoydu ki, bu da inkişaf, azad olunmuş torpaqların bərpası üçün böyük əhəmiyyət daşıyır. Yollar insanları, şəhərləri, ölkələri birləşdirən əsas vasitədir. Çəkilən yollar şah damarı kimi bütün vətən torpağını birləşdirəcək, canlandıracaq, həyat verəcək.
Düzdür, azad olunmuş ərazilərdəki dağıntıları, vəhşilikləri görəndə hər birimizin qəlbi qan ağlayır. Nə qədər vəhşi bir düşmənlə üz-üzə gəldiyimizi bir daha anlayırıq. Torpağın sahibi belə vandallıq edə bilməzdi. Bunu ancaq işğalçı, amansız düşmən edə bilərdi.
Artıq torpağın sahibi gəlib, ona sahib çıxıb, onu canlandıracaq. İndi həyatımızın yeni dövrü başlayır-quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü.
Hər birimiz xoşbəxtik ki, vətən torpağının azad edilməsi üçün yox, artıq onun çiçəklənməsi üçün çalışmalıyıq.
Bakıxanov qəsəbəsi, 213 saylı
məktəb-liseyin direktoru Səbinə Əliyeva