Maşın almaq istəyənlərə ŞAD XƏBƏR: Böyük GÜZƏŞTLƏR GƏLİR - RƏSMİ

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR: Böyük GÜZƏŞTLƏR GƏLİR - RƏSMİ Elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində müvafiq işlər görülür.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

İstehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması istiqamətində işlər aparılır.

Bununla yanaşı, ekoloji və yol təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı, dövlət qeydiyyatı və istismarının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması, habelə hibrid avtomobillərin idxalı zamanı əlavə dəyər vergisindən azad olunması üçün tədbirlərin görülməsi istiqamətində işlər həyata keçirilir.

Oxşar xəbərlər