Laçın polisi tərəfinfən silah-sursat aşkarlandı

Laçın polisi tərəfinfən silah-sursat aşkarlandı İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonununda Üçtəpə adlanan ərazisdə erməni hərbi birləşmələrinin ataraq qaçdığı 1 ədəd avtomat, 1 ədəd karabin, 1 ədəd tüfəng, 8 ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər