Vilayət Eyvazov üç ay əvvəl təyin etdiyi polis rəisini aşağı vəzifəyə göndərdi

Vilayət Eyvazov üç ay əvvəl təyin etdiyi polis rəisini aşağı vəzifəyə göndərdi Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
"Report” xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovniki Ülvi Məmmədov vəzifədən azad edilərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Ü.Məmmədov 2020-ci ilin sonlarında Xəzər RPİ-nin 2-ci PŞ-nə rəis təyin edilmişdi. Onun hazırkı postu daha aşağı vəzifədir.

Oxşar xəbərlər