Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqaviləni təsdiqləyib və saziş qüvvəyə minib.
Oxu.az məlumatına görə, bununla bağlı “Resmi Gazete” məlumat yayıb.
Xatırladaq ki, 2020-ci ilin fevralın 25-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında" imzalanıb.
Sözügedən razılaşma Azərbaycan və Türkiyənin enerji və mədən sənayesində həyata keçiriləcək ortaq layihələrin əsaslarını müəyyənləşdirir. Razılaşmaya əsasən, iki ölkə birlikdə enerji və mineral kəşfiyyat işləri aparacaq.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş isə 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.