Məşhur türk futbolçu Mxitaryanla şəklini paylaşdı və... - FOTO

Məşhur türk futbolçu Mxitaryanla şəklini paylaşdı və... - FOTO "Yuventus" klubunun türk futbolçusu Merih Demiral etdiyi paylaşımla diqqətləri çəkib.
 22 yaşlı mərkəz müdafiəçisi dünən, A Seriyanın 21-ci turu çərçivəsində "Roma"nı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra rəqib komandanın erməni futbolçusu Henrix Mxitaryanla təkbətək mübarizə zamanı çəkilən fotosunu paylaşıb.

"İnstagram" hesabının hekayə bölməsində paylaşılan fotonun üzərinə güc nümayişi olan "stiker"ləri yerləşdirən Demiralın bununla nəyə işarə etdiyi barədə maraqlı şərhlər yazılıb.

Belə ki, azərbaycanlı izləyicilərin əksəriyyəti bunu 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan-Türkiyə qardaşlığına və düşmənə əzici zərbə endirmək mənasında "yozublar".

Bir sıra izləyicilər isə Merihi bu paylaşımına görə qınaq obyektinə çeviriblər. Offsideplus.az 




Məşhur türk futbolçu Mxitaryanla şəklini paylaşdı və... - FOTO

Oxşar xəbərlər