Azərbaycanda koronavirusa ən çox kimlər yoluxur? - RƏSMİ RƏQƏMLƏR

Azərbaycanda koronavirusa ən çox kimlər yoluxur? - RƏSMİ RƏQƏMLƏR Azərbaycanda bu günə qədər koronavirusa yoluxanların sayı 230 min 617 nəfər təşkil edir.
Baku.ws xəbər verir ki, ölkədə pandemiya ilə əlaqədar aparılan tədbirlər nəticəsində 224 min 168 nəfər COVID-19 virusundan sağalıb.

Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 2 426 945 test icra olunub.

Hazırda aktiv xəstələrin sayı isə 3304 nəfər təşkil edir.

Qeyd edək ki, dünyada bəlaya çevrilən COVID-19 virusu, əfsuslar olsun ki, Azərbaycanda bu günə kimi 3145 nəfərin həyatına son qoyub.

Ölkədə koronavirusa yoluxma halları daha çox 2020-ci il 7-13 dekabr tarixində qeydə alınıb. Ən çox yoluxma Bakı (52,2%) və Abşeronun (12,9%) üzərinə düşür. Ən çox yoluxanların yaş bölgüsünə görə 50-59 yaş 21 faizlə üstünlük təşkil edir. Ölkə üzrə yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir.

Azərbaycanda koronavirusa ən çox kimlər yoluxur? - RƏSMİ RƏQƏMLƏRAzərbaycanda koronavirusa ən çox kimlər yoluxur? - RƏSMİ RƏQƏMLƏRAzərbaycanda koronavirusa ən çox kimlər yoluxur? - RƏSMİ RƏQƏMLƏRAzərbaycanda koronavirusa ən çox kimlər yoluxur? - RƏSMİ RƏQƏMLƏR

Oxşar xəbərlər