İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Baba Rzayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Baba Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Baba Rzayev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Baba Rzayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Azərenerji” ASC-nin prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
ŞUŞADA YENİ YARIMSTANSİYA TİKİLİR
Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir. Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq işlər sürətlə davam etdirilir.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən “Şuşa” yarımstansiyasının Azərbaycanın ümumi enerjisisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli “Şuşa-1”, “Şuşa-2” hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.
Onu da qeyd edək ki, yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.
LAÇINDAKI SU ELEKTRİK STANSİYASI YENİDƏN QURULUR
Erməni qəsbkarları Azərbaycanın işğaldan azad olunan ərazilərində, ələlxüsus Kəlbəcər, Laçın və digər rayonlarda vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri ümumiyyətlə yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb.
Ancaq buna baxmayaraq, artıq “Azərenerji” Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün əməli işə keçib və neçə müddətdir ki, Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparır və işlər yekunlaşmaqdadır. Döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar - stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yenisi ilə əvəzlənir və ya təmir edilir. Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.
Növbəlilik əsasında aparılan sürətli işlər nəticəsində “Güləbird” Kiçik Su Elektrik Stansiyasının yaxın müddətdə istismara verilməsi planlaşdırılıb. Bunun üçün işə xüsusi briqdalar, podratçı təşkilatlar və mütəxəssislər cəlb edilib.
İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq tərəfindən çıxan gərginlik Laçın və Qubadlıdakı yaxın ərazilərdəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlik xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.
“AZƏRENERJİ” SUQOVUŞANDAKI KİÇİK SU ELEKTRİK STANSİYALARININ TƏMİRİNƏ BAŞLAYIB
“Azərenerji” işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb. Qeyd edək ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.
Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.