Doğulduğu Cəbrayıl rayonu işğal olunanda cəmi 6 aylıq idi. Anasının qucağında – bələkdə çıxdığı torpaqlara qəhrəman kimi qayıtdı. Füzulidən Şuşaya qədər işğal olunan torpaqlarımızın hər qarışı uğrunda cəsarətlə döyüşdü. Söhbət 28 yaşlı şəhid qəhrəmanımız Vüsal Rüstəmovdan gedir.
Şəhidin atası Valeh Rüstəmov “Qafqazinfo”ya oğlu Vüsalla bağlı xatirələrini danışıb. Onun bildirdiyinə görə, Vüsalı hərbçi edən onun torpağına,Vətəninə bağlılığı olub.
“Oğlum 12 mart 1993-cü ildə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olub. Biz Cəbrayıldan çıxanda 6 aylıq idi. Biz bir müddət Əli-Bayramlı (Şirvan) rayonunda məskunlaşdıq, sonra Bakıya köçdük. Vüsal Yasamalda 53 saylı məktəbi bitirib. Təxminən iki il əvvəl isə gizirlik kursunu bitirdi və Goranboyda, sonra Mingəçevirdə, Bakıda hərbçi kimi fəaliyyət göstərdi. Müharibə başlayandan isə ön cəbhədə oldu.
...Çox vətənpərvər oğul idi. Bəzən çoxu haqqında bu sözləri deyirlər, amma oğlum həqiqətən Vətənini çox sevən, mehriban oğul idi. Hər yerdə - həm məktəbdə, həm işdə, həm də döyüş yoldaşları arasında böyük hörmət qazanmışdı”.
Vüsal Rüstəmovun döyüş yolu Füzuli rayonu uğrunda hərbi əməliyyatla başlayıb. O, Xocavənd, Qubadlı uğrunda döyüşlərdə iştirak edib. Sonuncu döyüşü isə Şuşa ətrafında olub. Şəhid atası deyir ki, oğlunun ən böyük arzusu torpaqlarımızın azadlığı ilə bağlı olub. 28 il bu arzu ilə yaşayan Vüsal doğma yurdları Cəbrayılın azad olunması xəbərini də ailəsinə özü çatdırıb:
“Cəbrayıl geri qaytarılanda çox sevinirdi. Zəng edib deyirdi ki, ata gözlərin aydın olsun, kəndimizə gedəcəyik. Sevdiyi qız var idi, evlənəcəkdilər. Deyirdi daha Bakıda toy etməyəcəyəm, toyumuzu öz rayonumuzda edəcəyəm...”
Vüsalı ən yaxşı döyüş yoldaşları tanıyırlar. Onların dediklərinə görə, Vüsal həyatının son dəqiqələrinədək özünü deyil, dostlarını, cəbhə yoldaşlarını düşünüb.
“Döyüş yoldaşları deyirdilər ki, o qədər ürəkli oğul idi... Bəzən səngərdən səngərə yüyürə-yüyürə qaçardı, heç vaxt qorxmazdı. Yoldaşı üçün canını verərdi. Neçə yaralı yoldaşını döyüş medanından çıxarıb. İki tağım komandirini döyüş meydanından çıxarıb gətirib, onların üstündə “Quran” oxuyub. Sonuncu dəfə öz buşlatını yaralı yoldaşlarının üstünə atıb ki, üşüməsinlər. Özü isə soyuqda qalıb. Döyüşçü yoldaşlarına deyib ki, üşüyürəm, gəlim yanınıza. Elə onların yanına keçərkən minomyot mərmisi ilə olduqları yeri vurublar. Bir yoldaşı yaralanıb, özü isə şəhid olub”, - V. Rüstəmov danışır.
Ailəsi Vüsalla sonuncu dəfə oktyabrın 29-da danışıb. Atasına irəli gedəcəklərini deyib. O vaxtdan da əlaqə saxlamaq mümkün olmayıb. Ailəsi Füzuliyə şəhid olmuş xalası oğlu Təhmasib Mustafayevin nəşini gətirməyə gedərkən Vüsalın şəhadətindən də xəbər tutublar:
“Oktyabrın 29-da axırıncı dəfə danışmışam. Onda bilirdi ki, qabağa gedəcək. Danışdıq, mənə dedi “Allaha əmanət ol”. Bunu dedi və getdi... Bir də eşitdik ki, xalası oğlu Daxili Qoşunların qrup komandiri Mustafayev Təhmasib şəhid olub. Ona görə Füzuliyə getmişdik, oğlum Vüsalın da şəhid xəbərini aldıq...”
Hər iki xalaoğlu eyni gündə - noyabrın 11-də torpağa tapşırılıb - Təhmasib Mustafayev yaşadığı Biləsuvar rayonunda, Vüsal Rüstəmov isə hazırda ailəsinin yaşadığı Sulutəpə qəsəbəsində Şəhidlər üçün ayrılmış məzarlıqda...